28 May ətrafında tramvay şəbəkəsi YARADILIR

Hazırda oxunan: 28 May ətrafında tramvay şəbəkəsi YARADILIR

608384

Bakıda nəqliyyat infrastrukturunun inkişafı çərçivəsində bir neçə istiqamət üzrə yeni tramvay xətlərinin çəkilməsi planlaşdırılır.

Bizim.Media xəbər verir ki, bu barədə AzTV-yə müsahibəsində İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.

"Seabrezdən Mehdiabada qədər tramvay xəttinin çəkilməsi nəzərdə tutulur. Bu xəttin Mehdiabaddan metronun “28 May” stansiyasına qədər uzadılması planlaşdırılır.

Bundan əlavə, Bayıl ərazisindən “28 May” stansiyasınadək də tramvay xəttinin çəkilməsi gündəmdədir. Eyni zamanda, “28 May”dan “Həzi Aslanov” istiqamətində, Mehdiabaddan isə “8 Noyabr” stansiyasına qədər yeni xətlərin salınması nəzərdə tutulur.

Layihələrin həyata keçirilməsi nəticəsində paytaxtın şərq və qərb, eləcə də şimal və cənub istiqamətləri arasında nəqliyyat əlaqəsi daha da gücləndiriləcək",-deyə V. Qasımlı bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin