Bakı və Abşeron yarımadasında yanvarın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi ehtimal edilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Moderator.az-a verilən məlumata görə, mülayim cənub-qərb küləyi əsəcək, günün ikinci yarısında isə mülayim şimal qərb küləyi axşama doğru güclənəcək. Havanın temperaturunun gecə 2-5, günün I yarısında 10-15, axşama doğru 6-8 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında yanvarın 19-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Lakin axşam bəzi şimal və qərb rayonlarında yağıntı ola bilər. Mülayim qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 9-14 dərəcə isti, bəzi yerlərdə 17 dərəcəyədək, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti olacağı gözlənilir.




































































































