Mingəçevirdə sürücü üsyanı?

Hazırda oxunan: Mingəçevirdə sürücü üsyanı?

38128

Dünən Moderator.az saytının bölgə müxbiri Mingəçevirdən olduqca həyəcanlı məlumat əldə edib. Bildirilir ki, şəhərin mərkəzində, poçtun qarşısında toplaşan və Bakıya sərnişindaşıma ilə məşğul olan onlarla sürücü Nəqliyyat Nazirliyinin müvafiq departamentinin əməkdaşlarının qəzəbinə gliblər və hamısına lisenziyasız fəaliyyət göstərdiklərinə görə  ucdantutma 50 manat civarında cərimə kəsilib. Sürücülərsə iddia edirlər ki, onlara şəhər avtovağzalının ərazisində dayanmağa icazə verilmir və 150 manat lisenziya haqqı və 270 manat “şapka” istənilir və bunu Mübariz adlı şəxs heç nədən çəkinmədən dilə gətirir. Ancaq sürücülər Moderator.az-ın əməkdaşına bildiriblər ki, əslində sərnişindaşıma üçün Mübarizin lisenziya vermək  səlahiyyəti yoxdur və dəfələrlə Bakıdakı avtovağzalda Rasim adlı şəxs Mübarizə bunu başa salsa, hətta Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət ediləcəyini bildirsə də Mingəçevirin nəqliyyat “boss”u öz bildiyindədir və obrazlı deyilsə, “Nuh” deyir, “Peyğəmbər” demir...

Üstəlik, sürücülər deyir ki, onlar mütəmadi taksi fəaliyyətiylə məşğul olmurlar, bəzən günlərlə müştəri olmadığından əliboş evlərinə dönürlər. Bəzən də elə olur ki, sürücülədən biri maşınını yol kənarında saxlayıb hansısa mağazadan evinə ərzaq almaq istəyəndə də nəqliyyat departamenti əməkdaşları onları haqlayıb cərimə kəsirlər, səbəbini isə onlarda olan əməliyyat məlumatına görə arada bir Bakıya adam aparıb-gətirdiyiylə bağlı onlarda təkzibedilməz məlumat olduğuyla izah edirlər.

Sürücülər əməkdaşımıza deyiblər ki, Mingəçevirin prokurorunun qəbulunda olacaqlar, sonra isə məhkəməyə müraciət edərək ədalətin zəfə çalmasına çalışacaqlar.

Sürücülər etiraf ediblər ki, problem hər kəsdən aylıq 10 manat haqq istənilməsinə onlar tərəfindən “yox” cavabı verilməsindən qaynaqlanıb və onların bu inadkarlığı hər birinə 50 manat cərimə ilə nəticələnib.  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin