Sürücüsüz idarə olunan avtomobillər üçün yeni qaydalar hazırlanır - VİDEO

Hazırda oxunan: Sürücüsüz idarə olunan avtomobillər üçün yeni qaydalar hazırlanır - VİDEO

619925

Azərbaycanda sürücüsüz idarə olunan avtomobillər üçün yeni qaydalar hazırlanır.

Bizim.Media “xezerxeber.az”a istinadla xəbər verir ki, mövzu ilə bağlı danışan nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı deyib ki, hazırda belə avtomobıllərin istismarı qaydalarının tənzimlənməsi ilə bağlı qanunverici orqanlarda müzakirələr aparılır.
 

Ekspertin sözlərinə görə, avtonom nəqliyyat vasitələri hazırda dünyanın bir çox ölkəsində geniş yayılıb.


Belə nəqliyyat vasitələrində naviqasiya sisteminə müvafiq ünvanı daxil etmək kifayətdir ki, avtomobil sərnişini təyin olunmuş ünvana təhlükəsiz şəkildə çatdırsın.

Elməddin Muradlı həmçinin onu da vurğuladı ki, avtonom nəqliyyat vasitələrinin hərəkəti üçün tətbiq olunacaq qaydaları hazırlayarkən risklər də nəzərə alınmalıdır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin