Azərbaycan ilə Fransa arasında əlaqələr uğurla inkişaf edir

Hazırda oxunan: Azərbaycan ilə Fransa arasında əlaqələr uğurla inkişaf edir

36029
İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev oktyabrın 30-da Bakıda səfərdə olan Fransa Parlamentinin deputatlarının, bir sıra regionlarının rəhbərlərinin, eləcə də Beynəlxalq Üzüm və Şərab Təşkilatının baş katibi Federico Kasteluçinin təmsil olunduğu nümayəndə heyəti ilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, görüşdə nazir Şahin Mustafayev Azərbaycan və Fransa arasında siyasi, iqtisadi və humanitar sahələrdə əlaqələrin uğurla davam etdiyini, ikitərəfli əməkdaşlığın genişləndirilməsi üçün hər iki ölkənin böyük potensiala malik olduğunu vurğulayıb. 

Nazir bildirib ki, Fransada Azərbaycan Evinin, Azərbaycanda fransız liseyinin açılması ikitərəfli əlaqələrin daha da genişlənməsinə töhfə verəcək: "Fransa və Azərbaycanda keçirilən şərabçılıq festivalları iş adamları arasında əməkdaşlığın genişlənməsində əhəmiyyətlidir". 

Bu yaxınlarda Gəncədə Şərab Festivalının keçiriləcəyini xatırladan nazir Şahin Mustafayev belə tədbirlərə marağın artdığını, sərgi, təqdimat və biznes forumların ikitərəfli əlaqələrin inkişafında müsbət rolunu qeyd edib. O, iki ölkə arasında ticarət əlaqələrinin uğurla davam etdiyini vurğulayaraq, qarşılıqlı ticarət əlaqələrində məhsulların çeşidinin artırılmasının vacibliyini diqqətə çatdırıb.

Görüşdə Azərbaycan-Fransa əlaqələrinin inkişafında Heydər Əliyev Fondunun fəaliyyəti xüsusilə vurğulanıb.

Ş.Mustafayev, Azərbaycanın etibarlı tərəfdaş, regionun iqtisadi və mədəni mərkəzi olduğunu qeyd edib. O, ölkəmizdəki siyasi və makroiqtisadi sabitliyi və investorlar üçün əlverişli şərait yaradıldığını qeyd edib. 

Burqundiya regionunun Yon vilayətinin Ali Şurasının prezidenti Andre Vilye, Fransa Parlamentinin senatoru Juel Qağyo-Melam ölkələrimiz arasında əlaqələrin inkişaf etdiyini, iqtisadi sahədə, o cümlədən kənd təsərrrüfatı sahəsində əməkdaşlığın genişləndiyini qeyd edib, iqtisadi əlaqələrin bundan sonra da inkişaf edəcəyinə ümidvar olduqlarını bildiriblər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin