Nizami İsgəndərov yanğın təhlükəsizliyini gücləndirir

Hazırda oxunan: Nizami İsgəndərov yanğın təhlükəsizliyini gücləndirir

35600

“Sumqayıt” və “Cavid” Ticarət Mərkəzlərinin rəhbəri, sabiq millət vəkili Nizami İsgəndərov yanğın təhlükəsizliyinin gücləndirilməsi ilə bağlı ciddi addımlar atmaqdadır. Bu barədə Moderator.az saytını bilgiləndirən mənbənin sözlərinə görə, buna səbəb “Karvan”dakı məlum yanğın və onun qorxunc nəticələridir: “Karvan”dakı yanğının acı nəticəsi şəhərdəki bir çox iş adamı kimi N.İgəndərovu da qorxuya salıb. Bu səbəbdən də yanğın təhlükəsizliyini gücləndirən iş adamı bütün mağazalara baxış keçirərək onların hər birində yanğınsöndürmə cihazının olub-olmamasını, habelə elektrik xətlərinin durumunu yoxlayıb. Keyfiyyəti şübhə doğuran bəzi elektrik naqilləri və cihazları dəyişdirilib. Habelə qeyd edilib ki, bundan sonra yanğın təhlükəsizliyinin tələblərinə riayət etməyən şəxslər ciddi şəkildə cəzalandırılacaq”. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin