Bununla yanaşı, Ədəbiyyat İnstitutunda Azərbaycan mühacirət ədəbiyyatı şöbəsi yaradılıb.
İnstitutun şöbələrinə Müasir Azərbaycan dili, Dil tarixi və dialektologiya, Sosial linqvistika və dil siyasəti, Qədim dillər və mədəniyyətlər, Sosio-dilçilik və dil siyasəti, Nəzəri dilçilik, Hind-Avropa dilləri, Monitorinq, Kompüter dilçiliyi, Türk dilləri şöbəsi daxildir.
AMEA prezidentinin müşaviri Rəhim Hüseynovun tutduğu vəzifədə qalmaqla Rəyasət Heyəti Mərkəzi aparatının İnnovasiya şöbəsinin rəisi vəzifəsinə təyin edildiyi açıqlanıb.
Mərkəzi aparatın Beynəlxalq əlaqələr idarəsinin rəisi, professor Ədalət Həsənovun vəzifəsindən azad edildiyi elan olunub. Bu vəzifəyə Geologiya İnstitutunun aparıcı elmi işçisi, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Qulam Babayevin təyin edildiyi bildirilib.





































































































