Ədalətin funksioneri təmsil etdiyi partiyanın sədri İlyas İsmayılovun seçkilərin nəticələri ilə bağlı bəyanatına münasibət bildirən A.Mirzəzadəyə cavab verib. o, Moderator.az-a deyib ki, Aydın Mirzəzadənin Ədalət Partiyasının sədrinin mövqeyini tənqid etməyə nə mənəvi, nə də siyasi haqqı yoxdur. Siyasi proseslərdən başı çıxmasa belə, o, televiziyaya baxsa və qəzet oxusaydı İ.İsmayılovun seçicilərlə çoxsaylı görüşlər keçirdiyini görərdi. Təşkilatlanmış bir qurum olaraq isə Ədalət Partiyası daimi olaraq yerlərdə təbliğatla məşğul olub. Debatlarda isə İlyas müəllim səlahiyyətli nümayəndələri və vəkilləri vasitəsilə uğurlu bir kampaniya apardı, sonuncuda isə özü iştirak etməklə orijinal bir təbliğat qurmağa nail oldu. Mövqeyini mövcud imkanlar daxilində kifayət qədər ictimaiyyətə çatdıra bildik.
Bundan başqa, İlyas İsmayılovu müdafiə edən “Vətən” bloku, Azərbaycan İslam Partiyası, Doğru Yol Partiyası, bır sıra İctimai Birliklər təbliğat kampaniyasında çox fəal iştirak etdilər.
İlyas müəllimin sesverməyə getməməsinə gəldikdə isə o özü bunu açıqlayıb. Burada mənəvi məsələlərə daha çox üstünlük verdiyini bildirib. Lakin Aydın Mirzəzadə bunu başa düşəcək səviyyədə olmadığını göstərdi. Bu isə bizim problem deyil.
Daimi olaraq dünyada baş verən hadisələrdən danışan A.Mirzəzadə dünən olanları yaddan çıxarır. Bu onun ya yaddaşsızlığındandır, ya da mənəvi dəyərlərə hörmətsizliyindən yalan danışır.


































































































