Milli azadlıq hərəkatının öncül simalarından olan Nemət Pənahlı 2011-ci il yanvarın 8-də tutulub, xuliqanlıq və qəsdən sağlamlığa az ağır zərər vurma ittihamı ilə 6 il müddətinə azadlıqdan məhrum edilib. Həbsdə olduğu müddətdə Nemət Pənahlı atası Əhəd Pənahlını (2012-ci il yanvarın 13-də) və anası Sara Pənahlını (2013-cü il aprelin 10-da) itirib. Nemət Pənahlıya valideynlərinin yas mərasimlərində iştirak etmək imkanı verilməyib.
Allah rəhmət eləsin!




































































































