Azərbaycan-Ermənistan sərhədində Ermənistan vətəndaşı minaya düşüb. Moderator.az-ın məlumatına görə, bu barədə “news.am” saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, Ermənistanın Tavuş
rayonunun Ayqedzor kəndinin sakini 26 yaşlı Edik sentyabrın 24-də cəbhə
xəttinin neytral zonasına daxil olaraq minaya düşüb.
Neytral zonada bir neçə saat atışma olduğundan
erməni qan itirməsi nəticəsində ölüb.



































































































