Fazil bəy, ötən ay Təbrizdə olanda bir məsciddə getdim və 50-yə yaxın adamın məscidin tən ortasında bir adamın başına toplaşdığını və hamını bir-bir dinlədiyini gördüm. Yanında da bir adam dəftərə qeydlər edir. Məscidin imamından nə baş verdiyini soruşdum, cavab verdi ki, həmin şəxs Təbrizin deputatıdır və o həftədə ən azı 1 dəfə öz ofisindən başqa məscidə gəlir və seçiciləri dinləyərək problemləri parlamentdə qaldırır. Sizdən başqa məscidə gedən və cümə namazı qılan həmkarınız varmı? Siz özünüz indiyədək məsciddə çoxmu seçicinizi dinləmisiniz? Bizdə belə bir ənənənənin - yəni deputatın seçikcisinə daha əlçatan olması üçün görüş yeri üçün bu cür fərqli məkanların seçilməsi işin xeyrinə, yoxsa ziyanına olar?
Moderator.az-ın əməkdaşı millət vəkili Fazil Mustafaya bu suallarla müraciət edərək aşağıdakı cavabı alıb:
"Açığı, həmkarlarımdan kimin məscidə getməsi barədə bilgim yoxdur. İmkan tapdıqca Cümə namazlarında oluram. Orada ayrıca seçicilərlə deyil, fərqli seçki dairələrindən olan vətəndaşlarla hər dəfə təmaslarım olur. Şikayətlərini də, təkliflərini də dinləyirəm, çox vaxt da Milli Məclisdəki qəbul otağında vaxt təyin edib ayrılıqda görüşürəm. Belə bir ənənənin bizdə olması bir o qədər də vacib deyil. Çünki əsas olan seçicilər üçün əlçatan olmaqdır. Bu halda isə məkan önəmli deyil".



































































































