Bu gün aprel döyüşlərimizin qəhrəmanı şəhid Cabbarxan İlham oğlu Hacıağayevin doğum günüdür. Şəhidimizin atası İlham Hacıağayev Moderator.az-a açıqlamasında Cabbarxan haqqında öz fikirlərini bölüşüb:
“Bu gün Cabbarxanın iyirmi iki yaşı tamam olur. Qəbrini ziyarət etdik. Yaxınlar, qohumlar, Cabbarxanın sinif yoldaşları gəlib-gedirlər. Cabbarxanın sağ ayağını Lələ təpədə dəfn ediblər. Orda komandiri tərəfindən məzar da düzəldilib, ətrafı dəmir barmaqlıqlarla əhatə olunub. Hərbi hissəsindən də tez-tez bizi gəlib ziyarət edirlər. Hamısına təşəkkür edirəm. xa0
Cabbarxan heç vaxt mənim başımı aşağı etmədi. Vətən uğurunda şəhid oldu. O, hərbi xidmətini başa vurmuşdu, amma aprel döyüşləri başlayan zaman o, evə yox, döyüşə yollandı. Şəhid ailəsi olaraq bir problemimiz var o da ev məsələsidir. Biz hələ də kirayələrdə yaşayırıq. Çox istəyərdik ki, bir şəhid ailəsi olaraq bizi də evlə təmin etsinlər. Sizlər də çox sağ olun ki, belə gündə bizi yad edirsiniz. Həmişə qapımız üzünüzə açıqdı. Nə vaxt istəsəniz buyurun gəlin”.xa0
Allah cəmi şəhidlərimizə rəhmət eləsin!
Vasif Əlihüseyn







































































































