"Təkbaşına heç kimin Ərdoğanı məğlub etməyə gücü çatmaz"

Hazırda oxunan: "Təkbaşına heç kimin Ərdoğanı məğlub etməyə gücü çatmaz"

224040
Artıq Türkiyədə prezidentliyə namizədlər bəlli oldu.

Türkiyədə yaşanan seçim həyəcanını türklər qədər olmasa da azərbaycanlılar da az yaşamır. Seçim sürəcində yaşanan olaylar Azərbaycanda da yaxından izlənilir.xa0

Ərdoğanın ən ciddi rəqibi kim olacaq və seçkilərədək CHP namizədi Məhərrəm İncənin Meral Akşenerə güzəşt edəcəyi relaldırmı? İkinci turun olacağı iddiaları da intensivləşib. Sizin proqnozunuz necədir bu barədə?

Moderator.az bu sualları Türkiyənin Ərciyəs Universiteti Ermənişünaslıq bölümünün başqanı, ermənişünas alim, professor Qafar Çaxmaqlıya ünvanlayıb.


Professor Qafar Çaxmaqlı müxalif qanadın namizədlərinin bir-birinə güzəştə getməyəcəyini bildirib:

"Türkiyədə yaşanan seçim həyəcanını bir çox məsələlərin durulması və aydınlaşması müşaiyyət edir. Demokratiyanın göstəricisi kimi bütün bunlar seçkiyə qədər davam edən mübarizənin tərkib hissəsi hesab edilməlidir. Başqa illərə nisbətən bu il seçimlərə siyasi təşkilatlar ittifaq halında gedirlər. Heç şübhəsiz fovarit Cumhurittifaqıdır və prezident R. T. Ərdoğan bu seçkilərdə yenidən öz postunu qorumaq üçün qərarlı görünür.xa0xa0

MHP-nin də dəstəyi, bir vaxtlar bu partiyadan ayrılan Böyük Birlik partiyasının da bu ittifaqda yer alması yeni bir hadisədir. Digər ittifaqda yer alanların əsas məqsədi Ərdoğana gedəcək səsləri bölmək və birinci turda onun qələbəsinə mane olmaqdır. Ola bilsin ki, bu baş versin, amma ikinci tura ikinci olaraq çıxacaq namizəd - bu ola bilsin Akşener və yaxud CHP-nin namizədi Muharrem İncə olsun, ya da səadətçi Karamollaoğlu. Zənnimcə təkbaşına heç birinin Ərdoğanı məğlub etməyə gücü çatmaz.xa0 Həm də burada müxalif qanadın namizədlərinin bir-birinə güzəştindən söhbət getməyəcək. İkinci tur olarsa ( böyük ehtimalla bu olacaq) ikinci yeri tutan şəxs seçkiyə gedəcək. Müxaliflərin də öz aralarında belə razılaşma var ki, həmin şəxsin qələbəsini təmin etmək üçün fəaliyyətlərini yenə də davam etdirsinlər, yəni seçicilərini həmin namizədə səs verməyə səsləsinlər. Seçim ittifaqı budur. Bundan öncəki müzakirələrdə daha bir namizədə ümid edilirdi- Abdullah Gülə, o isə bəlkə də doğru olaraq bu işə girmədi. Əgər o bu seçkilərdə məğlub duruma düşsəydi, zənnimcə olub-qalan etibarını itirərdi. Bu gün prezident Ərdoğan Kayseridə idi. Çox böyük izdiham vardı. İç Anadolu yenə onun qələbəsini təmin edəcək qala rolunu oynamaqda davam edəcək."
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin