Mehman Hüseynov barədə olan hökmdən kassasiya şikayəti verildi

Hazırda oxunan: Mehman Hüseynov barədə olan hökmdən kassasiya şikayəti verildi

178306
Həbsdə olan blogger Mehman Hüseynovun barəsində olan hökmdən kassasiya şikayəti verilib.

Bu barədə vəkil Elçin Sadıqov məlumat yayıb.

O, kassasiya şikayətində M.Hüseynov barəsində bəraət hökmünün çıxarılmasının xahiş edildiyini bildirib.

Qeyd edək ki, Nəsimi RPİ-nin rəisi Musa Musayev M.Hüseynovu xüsusi ittiham qaydasında məhkəməyə verib. O, bloggerin Cinayət Məcəlləsinin 147.2-ci (böhtan, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə məsuliyyətə cəlb olunmasını və cəzalanmasını istəyib.

Suraxanı Rayon Məhkəməsinin hökmü ilə M.Hüseynov 2 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub. Hökmdən apellyasiya şikayəti verilsə də, təmin edilməyib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin