"Prezident ölkənin yaşıllaşdırılması üçün addımlar atır, Hacıbala Abutalıbov isə..."

Hazırda oxunan: "Prezident ölkənin yaşıllaşdırılması üçün addımlar atır, Hacıbala Abutalıbov isə..."

177291
"Son illər elə vəziyyət yaranmışdı ki, ölkədə məmurlar öz bildiklərini edirdilər. Amma atıq bu barədə qəti addımlar atılır. Prezidentin sərt mövqeyindən sonra bu cür məmurlara qarşı adekvat addımlar atılır”x9d.

Bunu mia.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev sələndirib. Onun sözlərinə görə, ictimai nəzarəti gücləndirmək lazımdır ki, harınlaşmış məmurlara qarşı sərt qərarlar verə bilək:

"Əgər bir lift idarəsinin müdiri bu qədər harın hərəkətlər edə bilirsə, deməli, ölkədə nizam tərəzisi pozulub. Təbii ki, onun arxasında duran məmurlar var. O kimdir ki, elə qudurğanlıq eləsin. Onu işdən çıxarmaq azdır. O cür məmurları həbs eləmək lazımdır. Niyə yoxlamırlar ki, milyonlar xərclənən sistem neçə-neçə insanın həyatına son qoyub? Məsələ ondadır ki, hər bir məmur özü ətrafında bufer zona yaradıb. Prezident qəti addımlar atan kimi ajiotaj yaratmağa başlayırlar, təxribatlar törədirlər. Bu prosesdə Hacıbala Abutalıbovun da adı çəkilir. Onun oğlu vəhabilərə qoşulub, Azərbaycanın əleyhinə tədbirlərə yardım edir. Prezident bir tərəfdən ölkənin yaşıllaşdırılması, abadlaşdırılması üçün addımlar atır, Amma Hacıbala Abutalıbov bunun ziddinə gedir. Yaşıllıqların məhv edilməsinə yönələn sərəncamlar verir. Belə məmurlara qarşı sərt mübarizə aparılmalıdır".
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin