Bakı şəhəri və Abşeron yarımadasında analoq yayım dayandırıldıqdan sonra Türkiyənin “TRT-1”x9d telekanalının yayımı dayanıb.
Türkiyənin “TRT-1”x9d telekanalı rəqəmli yayımda fəaliyyət göstərmir.
Radio Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyinin texniki direktoru Mikayıl Abbasov faktı təsdiqləyib. O bildirib ki, hazırda “TRT-1”x9d-in analoq yayımı dayandırılıb. M.Abbasov qeyd edib ki, “TRT-1”x9d-in Azərbaycanda yayımlanması müqavilə üzrə analoq yayımda nəzərdə tutulub:
“TRT-1”x9d kanalının rəqəmli yayım üzrə müqaviləsi yoxdur. Müqavilə olduqdan sonra “TRT-1”x9d-in yayımı bərpa oluna bilər. Artıq məsələ ilə bağlı TİKA-ya (Türk Əməkdaşlıq və İnkişaf İdarəsi) məlumat verilib, danışıqlar aparılır”x9d.
Qeyd edək ki, “TRT-1”x9d Azərbaycan və Türkiyə hökumətlərarası müqaviləyə uyğun olaraq Radiotezliklər üzrə Dövlət Komissiyasının 8 dekabr 1995-ci il tarixli razılığı əsasında yayımlanır. xa0Komissiyanın qərarı ilə noyabrın 1-dən Bakı şəhəri və Abşeron yarımadasında analoq TV yayımı dayandırılıb. Bu gündən Bakı şəhəri və Abşeron yarımadasında yalnız rəqəmli TV yayımı həyata keçirilir. Növbəti mərhələdə - 1 dekabr 2016-cı il tarixindən digər bölgələrdə də analoq TV yayımı dayandırılacaq.





































































































