Rusiya imperatorunun Türkiyədəki ovçu evi bərpa ediləcək?

Hazırda oxunan: Rusiya imperatorunun Türkiyədəki ovçu evi bərpa ediləcək?

627654

Türkiyənin Qars əyalətinin Sarıqamış rayonunda Rusiya imperatoru II Nikolayın ovçu evinin restavrasiyası bölgənin turizm inkişafına əhəmiyyətli töhfə verə bilər.

Bizim.Media xəbər verir ki, bu barədə “Türkiye” qəzetində dərc olunmuş məqalədə bildirilib.

Məqalədə xatırladılıb ki, Anadolunun bir hissəsi üzərində Rusiyanın 40 illik nəzarəti dövründə aparılan evin tikintisi zamanı mismardan istifadə edilməyib.

 

“Memarlıq xüsusiyyətləri və ətraf mühit sayəsində çox vaxt “Yekaterina malikanəsi” adlandırılan bu tarixi bina ziyarətçilərə unudulmaz təəssüratlar bəxş edir. Bu yer, bölgənin “gizli xəzinələrindən” biri hesab olunur”, - deyə qəzet yazır.


Qeyd olunur ki, uzun illər tərk edilmiş “Yekaterina malikanəsi” restavrasiya işlərindən sonra böyük mədəni turizm obyektinə çevrilə bilər, bu da Qarsın turizm potensialına əhəmiyyətli dərəcədə töhfə verər.

Qeyd edək ki, Türkiyədə məşhur “Qafqaz qartalı” filminin çəkilişlərinin bir hissəsi 1973-cü ildə məhz “Yekaterina malikanəsi”nin ərazisində aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin