Putin və Si Amerika arsenalının zəifləməsi məqamını gözləyir – Qlobal güc balansı DƏYİŞƏCƏKMİ?

Hazırda oxunan: Putin və Si Amerika arsenalının zəifləməsi məqamını gözləyir – Qlobal güc balansı DƏYİŞƏCƏKMİ?

627722

ABŞ rəsmiləri hesab edirlər ki, İranla müharibədən sonra Amerika silah-sursat ehtiyatlarının azalması Rusiya və Çini daha cəsarətli addımlar atmağa sövq edə bilər.

Bizim.Media xəbər verir ki, bu barədə The New York Times ABŞ rəsmilərinə istinadən məlumat yayıb.
 

Nəşrin yazdığına görə, Vaşinqtonda narahatlıq var ki, Rusiya Prezidenti Vladimir Putin və Çin Sədri Si Cinpin ABŞ-ın sursat ehtiyatlarının azalmasını Ukrayna və Avropaya, eləcə də Tayvana qarşı daha qətiyyətli addımlar üçün əlverişli fürsət kimi qiymətləndirə bilərlər.


Məlumata əsasən, oxşar fikirlər artıq Çində də səsləndirilir.

Bəzi çinli analitiklər ABŞ-ı "axsayan nəhəng" adlandıraraq bildirirlər ki, döyüş sursatlarının sürətlə tükənməsi Amerikanın hərbi imkanlarını zəiflədib və bu, qlobal güc balansına təsir göstərə bilər.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin