Uolts: Pentaqonun İran əməliyyatı üçün sursat problemi yoxdur

Hazırda oxunan: Uolts: Pentaqonun İran əməliyyatı üçün sursat problemi yoxdur

627646

ABŞ ordusunda İrana qarşı hərbi əməliyyatlarla əlaqədar sursat çatışmazlığı olmadığı bildirilib.

Bizim.Media xəbər verir ki, ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Mayk Uolts NBC News-a müsahibəsində Pentaqonun sursat ehtiyatları ilə bağlı narahatlıqları rədd edib.

“Mən tam aydın şəkildə demək istəyirəm: ABŞ ordusunun bu kampaniyanı mümkün qədər effektiv şəkildə həyata keçirmək üçün lazım olan hər şeyi var. Bunu bütün mümkün yollarla yoxlamışam. Belə cəfəngiyyat yayan insanlar həbs edilməlidir”, – deyə Uolts bildirib.
 

Onun açıqlaması “The New York Times” qəzetinin yaydığı məlumat fonunda səslənib. Nəşr yazmışdı ki, ABŞ prezidenti Donald Tramp İranla bağlı hərbi kampaniyanı kəskin şəkildə genişləndirmək planlarını təxirə salıb.

 

Buna səbəb kimi isə eskalasiyanın Yaxın Şərqdə artıq azalmış “Patriot” sistemləri və digər hava hücumundan müdafiə vasitələrinin ehtiyatlarını kritik həddə qədər tükəndirə biləcəyi ilə bağlı narahatlıqlar göstərilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin