Zelenski: Rusiya adi mülki obyektləri “məğlub edir” - VİDEO

Hazırda oxunan: Zelenski: Rusiya adi mülki obyektləri “məğlub edir” - VİDEO

627633

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın mülki obyektlərə hücumlarını tənqid edib.

Bizim.Media xəbər verir ki, Zelenski Çerniqovda adi supermarketə PUA ilə endirilən zərbənin “tamamilə mənasız” olduğunu bildirib.

“Sadəcə insanlara zərbə endirilib, bunun heç bir hərbi mənası yoxdur”, – deyə Ukrayna lideri qeyd edib.

 

O bildirib ki, rus qüvvələri Zaporojyeyə də aviasiya bombaları ilə zərbələr endirib. Hücum nəticəsində bir nəfər ölüb, daha biri yaralanıb. Zelenski həlak olan şəxsin yaxınlarına başsağlığı verib.


“Bu, heç bir hərbi əsaslandırması olmayan şüurlu Rusiya terrorudur. Rusiyaya qarşı daha sərt sanksiyalar, Ukraynaya daha çox dəstək, səmanı qorumaq üçün daha çox vasitə və hərbçilərimiz üçün daha geniş imkanlar lazımdır”, – deyə Zelenski bildirib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin