Ən zəif əməkdaşların rəhbər vəzifələrə təyin olunma ehtimalı digərlərinə nisbətən daha yüksəkdir.
Bizim.Media xəbər verir ki, bu barədə Forbes nəşri Danninq–Krüger effektinə istinadən yazıb.
Bildirilib ki, səriştə səviyyəsi aşağı olan insanlar çox vaxt öz bacarıqlarını olduğundan yüksək qiymətləndirirlər. Onlar öz qərarlarına şübhə etmir, ətrafdakılara inamla məsləhətlər verir və ən mürəkkəb tapşırıqları belə həvəslə üzərinə götürürlər.
Məhz buna görə də belə şəxslər çox vaxt anadangəlmə lider təsiri bağışlayırlar. Halbuki onların real peşəkar bacarıqları göründüyündən xeyli zəif ola bilər.
Əsl peşəkarlar isə əksinə, özlərini daha tənqidi qiymətləndirir, mümkün riskləri nəzərə alır və nəticələri barədə daha çox düşünürlər. Kənardan bu, bəzən özünəinamın azlığı kimi görünsə də, əslində onların təcrübəsindən və peşəkarlığından irəli gəlir.

Bizim.Media





































































































