Ağcabədi rayonunun Qaraxanlı kəndində ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
Bizim.Media-nın Qarabağ bürosunun əldə etdiyi məlumata görə, 1993-cü il təvəllüdlü Tahir Əliyevin idarə etdiyi traktor hərəkətdə olarkən elektrik dirəyinə çırpılıb.
Hadisə zamanı traktorun pilləkənində dayanan həmkəndlisi Faiz Rzayev yıxılaraq təkərin altında qalıb.
Ağır xəsarət alan F.Rzayev xəstəxanaya çatdırılıb. Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu






































































































