Yaponiyada rusdilli lövhələr çoxalıb: Turistlər axın edir - FOTO

Hazırda oxunan: Yaponiyada rusdilli lövhələr çoxalıb: Turistlər axın edir - FOTO

627635

Yaponiyanın bir sıra şəhərlərində rus dilində məlumat lövhələri və elanların sayı artıb.

Bizim.Media xəbər verir ki, SHOT-un məlumatına görə, rusiyalı turistlər artıq Tokio, Toyama və digər yapon şəhərlərində ana dillərində yazılmış lövhələrə rast gəliblər.

Rus dilinə yalnız istiqamət göstəriciləri və məlumat lövhələri deyil, həmçinin restoran, mağaza və dayanacaqlardakı elanlar da tərcümə olunur. Qeyri-adi xəbərdarlıqlar arasında park edilmiş avtomobillərdən ehtiyat hissələrinin çıxarılmaması ilə bağlı yazılar da var.
 

Əvvəllər Yaponiyada rusdilli lövhələr əsasən ölkənin şimalındakı Hokkaydo adasında, xüsusilə Saxalinlə bərə əlaqələri və ticarət münasibətləri olan ərazilərdə rast gəlinirdi. İndi isə bu cür yazılar adanın hüdudlarından kənarda da daha çox görünməyə başlayıb.


Bunun əsas səbəbi Rusiyadan gələn turistlərin sayının artmasıdır. 2026-cı ilin ilk yarısında Yaponiyaya 104,4 min rusiyalı səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 24,7 faiz çoxdur.

Mövcud artım tempi qorunarsa, 2026-cı ilin yekununda Rusiya Yaponiyaya səfər edən turistlərin sayına görə yeni rekord müəyyən edə bilər. Ötən il bu göstərici təxminən 195 min nəfər olub.








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin