Britaniyalı jurnalist Çini müasir dövrün əsas möcüzələrindən biri adlandırdı - FOTO

Hazırda oxunan: Britaniyalı jurnalist Çini müasir dövrün əsas möcüzələrindən biri adlandırdı - FOTO

627667

Britaniyalı jurnalist Corc Gellouey Çinin 2026-cı ildə əldə etdiyi inkişaf səviyyəsini yüksək qiymətləndirərək ölkəni müasir dünyanın ən böyük möcüzələrindən biri adlandırıb.

Bizim.Media xəbər verir ki, Gellouey Çinə səfəri zamanı burada gördüklərini bölüşərək bildirib ki, Çin bir çox sahələrdə Qərb ölkələrini xeyli qabaqlayıb.

 

Jurnalistin sözlərinə görə, Çində sürətli qatar şəbəkəsi xüsusi diqqət çəkir. O qeyd edib ki, ölkədə artıq 80 mindən çox kilometr uzunluğunda yüksək sürətli dəmir yolları mövcuddur və onlar şəhərləri olduqca səmərəli şəkildə birləşdirir.


Gellouey bildirib ki, Çin şəhərlərində təmizlik, təhlükəsizlik və nizam-intizam yüksək səviyyədədir. Onun sözlərinə görə, polis əməkdaşları adətən odlu silah daşımır, patrul avtomobillərində isə sirenlərdən istifadə edilmir.

Jurnalist qiymətlərin də kifayət qədər aşağı olduğunu vurğulayıb. O qeyd edib ki, Pekin, Şanxay, Quançjou və Şençjen kimi iri şəhərlərdə belə tam naharın qiyməti təxminən 2,5 funt sterlinq, köynəyin qiyməti 12 funt, premium elektrik BMW taksisində gediş isə 4 funt təşkil edir.

Onun sözlərinə görə, Çin bazarlarında müxtəlif ölkələrin məhsulları ilə yanaşı, yerli istehsal malları da geniş təqdim olunur və ölkənin sənaye miqyası dünyada analoqu olmayan səviyyəyə çatıb.

Gellouey əlavə edib ki, gecələr Çin şəhərləri futuristik filmlərdəki mənzərələri xatırladır: “Göydələnlərin müxtəlif və qeyri-adi formaları, işıqlı küçələr və nəhəng şəhər infrastrukturu insanı heyrətləndirir”.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin