Tramp Mərakeş kralına onun adını avtomobil yoluna verdiyi üçün təşəkkür etdi - FOTO

Hazırda oxunan: Tramp Mərakeş kralına onun adını avtomobil yoluna verdiyi üçün təşəkkür etdi - FOTO

627648

ABŞ prezidenti Donald Tramp Mərakeş kralı VI Məhəmmədə onun adının avtomagistrala verilməsi ilə bağlı təşəkkürünü bildirib.

Bizim.Media xəbər verir ki, Tramp sosial şəbəkədə yazıb:

“Əlahəzrət Mərakeş kralı VI Məhəmmədə böyük təşəkkürümü bildirirəm – bu, böyük şərəfdir! Ümid edirəm ki, yaxın vaxtlarda bu möhtəşəm avtomagistralın bütün uzunluğu boyunca hərəkət etmək imkanım olacaq”.

Qeyd edək ki, Mərakeşdə yeni avtomobil yoluna Donald Trampın adının verilməsi qərarı ölkələr arasında münasibətlər çərçivəsində diqqət çəkən addım kimi qiymətləndirilir.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin