Xəbər verildiyi kimi Bakı-Sabunçu istiqamətində hərəkət edən qatarların qrafikində yubanma qeydə alınıb.
Sərnişinlərin sözlərinə görə, hadisə Bakıxanov, Sabunçu və Zabrat stansiyaları istiqamətində baş verib. Bildirilib ki, qatar stansiyalar arasında qeyri-sabit hərəkət edib və vaqonlarda güclü yırğalanma hiss olunub.
Azərbaycan Dəmir Yolları QSC-dən Bizim.Media-ya Bakı-Sabunçu istiqamətində hərəkət edən qatarların qrafikindəki gecikmənin səbəbi açıqlanıb.
Qeyd olunub ki, Abşeron yarımadasında müşahidə olunan güclü külək səbəbindən bu gün səhər saatlarında elektrik enerjisi təchizatında yaranmış kəsintiyə görə Abşeron dairəvi dəmir yolu marşrutu üzrə bəzi qatarların hərəkətində qısamüddətli gecikmələr qeydə alınıb.
Hazırda qatarlar qrafikə uyğun hərəkətini davam etdirir.
Bizim.Media






































































































