İsrail ordusu Qəzzada HƏMAS-ın dron bölməsinin komandirini öldürdü

Hazırda oxunan: İsrail ordusu Qəzzada HƏMAS-ın dron bölməsinin komandirini öldürdü

627644

İsrail ordusu Qəzza zolağının mərkəzi hissəsinə endirilən zərbə nəticəsində HƏMAS-ın hərbi qanadında dron bölməsinin komandiri Maan İdin məhv edildiyini açıqlayıb.

Bizim.Media xəbər verir ki, İsrail ordusunun məlumatına görə, İd HƏMAS-ın İsrail vətəndaşlarına və İsrail ordusunun qüvvələrinə qarşı hücumlar üçün nəzərdə tutulan dronların istehsalına cavabdeh olub.
 

Bildirilib ki, o, daha əvvəl mərkəzi düşərgələrdə dron bölməsinin komandiri vəzifəsində çalışıb və İsrail ordusuna qarşı hava əməliyyatları sahəsində həyata keçirilən terror aksiyalarında iştirak edib.


İsrail tərəfi qeyd edib ki, son dövrdə Maan İd atəşkəs razılaşmasını pozaraq HƏMAS-ın hava infrastrukturunun bərpası istiqamətində fəaliyyət göstərməyə çalışıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin