Əraqçi İran gəmisinə hücumla bağlı İsraili İTTİHAM ETDİ - FOTO

Hazırda oxunan: Əraqçi İran gəmisinə hücumla bağlı İsraili İTTİHAM ETDİ - FOTO

627651

İranın xarici işlər naziri Abbas Əraqçi Ukraynanı İsrailin göstərişi ilə İranın Xəzər dənizindəki ticarət gəmisinə hücum etməkdə ittiham edib.

Bizim.Media xəbər verir ki, İran xarici siyasət idarəsinin rəhbəri bu barədə açıqlamasında bildirib.

Onun iddiasına görə, İranın mülki gəmisinə hücum İsrailin tapşırığı ilə təşkil olunub və məqsəd münaqişənin coğrafiyasını genişləndirmək, eləcə də Avropa ölkələrini müharibəyə cəlb etmək olub.

“Zelenski İranın kommersiya gəmisinə hücum etdi və nəticədə bir dənizçi həlak oldu. Bu, Avropanı İsrailin müharibəsinə cəlb etmək məqsədi ilə həyata keçirilmiş BMT Nizamnaməsinin açıq şəkildə pozulmasıdır”, – deyə Əraqçi X sosial şəbəkəsində yazıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin