“Sabah Trampın dəvəti ilə Vaşinqtona gedəcəyəm” - VİDEO

Hazırda oxunan: “Sabah Trampın dəvəti ilə Vaşinqtona gedəcəyəm” - VİDEO

627565

“Sabah Prezident Trampın dəvəti ilə Vaşinqtona gedəcəyəm və onunla görüş keçirəcəyəm”.

Bizim.Media xəbər verir ki, bunu İsrailin baş naziri Binyamin Netanyahu bildirib.
 

“Daha sonra İsrailin böyük dostu, senator Lindsi Qremə həsr olunmuş mərasimdə iştirak edəcəyəm. Qeyd etməliyəm ki, o, dövlətimizin qurulduğu gündən İsrailin ən sadiq dostlarından biridir və biz də tam haqlı olaraq ona ehtiramımızı bildiririk.


Prezident Trampla hazırda gündəmdə olan bütün məsələləri, o cümlədən İranla bağlı vəziyyəti müzakirə edəcəyəm”, deyə o, əlavə edib.

Netanyahu görüşdə regional təhlükəsizlik məsələlərinin də müzakirə olunacağını qeyd edib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin