Bakı-Sabunçu istiqamətində qatarlar GECİKİR

Hazırda oxunan: Bakı-Sabunçu istiqamətində qatarlar GECİKİR

627690

Bakı-Sabunçu istiqamətində hərəkət edən qatarların qrafikində yubanma qeydə alınıb.

Bizim.Media xəbər verir ki, bununla bağlı məlumat oxu.az-ın qaynar xəttinə daxil olub.
 

Sərnişinlərin sözlərinə görə, hadisə Bakıxanov, Sabunçu və Zabrat stansiyaları istiqamətində baş verib. Bildirilib ki, qatar stansiyalar arasında qeyri-sabit hərəkət edib və vaqonlarda güclü yırğalanma hiss olunub.


"Qatar iki-üç stansiyanı güclə, yırğalana-yırğalana keçdi. Elə bil aşacaqdı. Daha sonra sərnişinlərə texniki problem olduğu və qatarın mənzil başına gec çatacağı bildirildi", - deyə müraciətdə qeyd olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin