İranın keçmiş şah sülaləsinin varisi Rza Pəhləvi ABŞ Prezidenti Donald Trampın İran siyasətinə dolayı tənqidlə çıxış edib.
Bizim.Media xəbər verir ki, Pəhləvi Parisdə Dünya Yəhudi Konqresinin prezidenti Adam Bermanla görüşü zamanı bildirib ki, son dövrlərdə İranda minlərlə insan öldürülüb və onların mübarizəsi nə Hörmüz boğazının açıq qalması, nə də nüvə sazişi ilə bağlı olub.
“Onlar azadlıq uğrunda həyatlarını itirdilər”, – deyə Pəhləvi qeyd edib.
Bununla belə, İran şahzadəsi çıxışı zamanı ABŞ liderinin adını birbaşa çəkməyib.
Qeyd edək ki, Pəhləvinin açıqlamasında söhbət İranda etiraz aksiyalarının sərt şəkildə yatırılması zamanı baş verən ölümlərdən gedir.
Bizim.Media

- A-
- A
- A+
Region
23:53 / 26.07.2026
İran şahzadəsi Pəhləvi Trampın Tehran siyasətini tənqid etdi
Hazırda oxunan: İran şahzadəsi Pəhləvi Trampın Tehran siyasətini tənqid etdi
Hazırda oxunan: İran şahzadəsi Pəhləvi Trampın Tehran siyasətini tənqid etdi
627666
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





































































































