Türkiyədə hakim partiyanın üzvü, oğlu və qardaşı oğlu güllələndi - FOTO-VİDEO

Hazırda oxunan: Türkiyədə hakim partiyanın üzvü, oğlu və qardaşı oğlu güllələndi - FOTO-VİDEO

627669

Türkiyənin Batman şəhərində qəbiristanlıqda baş verən silahlı hücum nəticəsində hakim Ədalət və İnkişaf Partiyasının (AKP) yerli idarə heyətinin üzvü Mehmet Direk, onun oğlu Ercan Direk və qardaşı oğlu Bekir Direk həlak olub.

Bizim.Media xəbər verir ki, hadisə Batmanın Güneykent məhəlləsində yerləşən Əsri qəbiristanlığında baş verib.

Məlumata görə, naməlum şəxs və ya şəxslər üç nəfərə atəş açıb. Hadisədən sonra polis ərazini nəzarətə götürüb və şübhəli şəxslərin saxlanılması üçün əməliyyat başlayıb.

Hüquq-mühafizə orqanları ərazidəki təhlükəsizlik kameralarının görüntülərini araşdırır. Hücumun səbəbi ilə bağlı hələlik rəsmi məlumat verilməyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin