İsrail prezidenti İsxak Hersoq və Bəhreyn kralı Həməd bin İsa Al Xəlifə arasında telefon danışığı baş tutub.
Bizim.Media xəbər verir ki, Bəhreyn tərəfinin məlumatına görə, tərəflər regional və beynəlxalq hadisələri, eləcə də “İbrahim razılaşmaları” çərçivəsində iki ölkə arasındakı münasibətləri müzakirə ediblər.
İsxak Hersoq da danışıqları təsdiqləyərək bildirib ki, söhbət zamanı İsrail ilə Bəhreyn arasında dostluğun möhkəmləndirilməsi, artan əlaqələr və ABŞ-ın rəhbərliyi ilə əldə olunan “İbrahim razılaşmaları”nın Yaxın Şərqdə təhlükəsizlik, sabitlik və rifahın gücləndirilməsində əhəmiyyəti müzakirə olunub.
Hersoq Bəhreyn kralının “cəsarətli liderliyini” yüksək qiymətləndirib və iki ölkə arasında sülh, sabitlik və əməkdaşlığın dərinləşdirilməsinə verdiyi töhfəyə görə təşəkkür edib.
İsrail mediasının məlumatına görə, bu, tərəflər arasında 2023-cü il oktyabrın 7-dən sonra ilk rəsmi təmas olub.
Bizim.Media





































































































