Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburqda Hərbi Dəniz Donanmasının hərbçiləri ilə görüşdə Rusiya-Ukrayna müharibəsi ilə bağlı açıqlamalar verib.
Bizim.Media xəbər verir ki, Putin Rusiyanın heç bir təcavüzə yol vermədiyini iddia edib.
Onun digər açıqlamaları belə olub:
Rusiya müharibəyə başlamayıb, Kiyevin Qərbin dəstəyi ilə başladığı hərbi əməliyyatlara cavab verir;
Dəfələrlə Ukraynanın öz kimliyini axtardığını eşitdiyini, lakin bunun niyə nasizm və neonasizm əsasında qurulmalı olduğunu anlamadığını bildirib;
Patriotizmin Vətən naminə olduğunu, kiməsə qarşı yönəlmədiyini, millətçiliyin isə hər zaman başqalarına qarşı olduğunu deyib;
Rusiyanın “Poseydon” aparatının hazırlanmasını başa çatdırmağa və onu döyüş növbəsinə çıxarmağa yaxınlaşdığını bildirib;
Rusiyada müasir silahlarla təchiz edilmiş kiçik gəmilərin meydana gəldiyini qeyd edib;
Ölkədə sualtı və suüstü pilotsuz qayıqların yaradıldığını və onların döyüş bölgəsində effektiv fəaliyyət göstərdiyini deyib;
Dünyada çox az ölkənin “Sirkon” kimi silahlara malik olduğunu, Rusiyanın isə bu sistemləri təkmilləşdirməyə davam edəcəyini bildirib;
Dəniz piyadalarının hər zaman ön mövqelərdə olduğunu vurğulayıb.
Bizim.Media

- A-
- A
- A+
Dünya
01:27 / 27.07.2026
Putin: “Rusiyanın heç bir təcavüzü yoxdur”
Hazırda oxunan: Putin: “Rusiyanın heç bir təcavüzü yoxdur”
Hazırda oxunan: Putin: “Rusiyanın heç bir təcavüzü yoxdur”
627628
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





































































































