Şirvanda təşviq sənədinin alınmasına dair treninq keçirilib

Hazırda oxunan: Şirvanda təşviq sənədinin alınmasına dair treninq keçirilib

156942
Şirvan şəhərində sahibkarlıq subyektləri üçün növbəti interaktiv treninq keçirilib.

İqtisadiyyat Nazirliyindən xa0verilən məlumata görə, treninqdə iştirakçılara ölkəmizdə investisya fəaliyyətinin genişləndirilməsi, biznes mühitinin yaxşılaşdırılması və sənaye istehsalının artırılması üçün mühüm əhəmiyyət daşıyan investisiya təşviqi sənədi və təsdiqedici sənəd, onların sahibkarlar üçün yaratdığı üstünlüklər barədə geniş məlumat verilib, bu sənədlərin alınması üçün qanunvericiliyin tələbləri izah edilərək, praktiki məşğələlər vasitəsilə nümunələr göstərilib.

Tədbirdə sahibkarları maraqlandıran suallar cavablandırılıb.

Qeyd: İndiyədək 64 sahibkarlıq subyektinə 67 investiya təşviqi sənədi, 42 sahibkarlıq subyektinə isə 115 təsdiqedici sənəd verilib. Bu layihələrin ümumi investisiya dəyəri 827,9 mln. manat təşkil edir. Bu layihələr çərçivəsində 5000-dən çox iş yerinin açılması nəzərdə tutulur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin