Gününsəsi.info saytı haker hücumuna məruz qaldı...

Hazırda oxunan: Gününsəsi.info saytı haker hücumuna məruz qaldı...

141377
Moderator.az xəbər verir ki, gununsesi.info saytının baş redaktoru Pərviz Həşimli rəhbərlik etdiyi sayta haker hücumunda əli olan oliqarxa ultimatum kimi mesaj göndərib:

"Fəaliyyətə başlamağımızın 1 ayına dözmədilər. Bu 1 ay ərzində oxucularımızın sayı on mini aşdı. Dünən gecədən gununsesi.info haker hücumuna məruz qalır. Texniki heyətimiz bu hücumları dəf etsə də hazırda sayta girişdə ciddi problemlər yaranmaqdadır. Facebook hesabıma məktublar yazıb, narahatlıqlarını ifadə edən oxuculara, dostlara təşəkkür edirəm. Çalışırıq ki, yaxın zamanda problemi həll edək.xa0

P.S. Ətrafında haker qrupu saxlayan o oliqarxa isə mesajım budur: Bu yolla bizi susdurmaq imkanınız olmayacaq!"
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin