Sorğu: Rusiyalıların cəmi 3%-i Qarabağ münaqişəsində Azərbaycanı dəstəkləyir

Hazırda oxunan: Sorğu: Rusiyalıların cəmi 3%-i Qarabağ münaqişəsində Azərbaycanı dəstəkləyir

141172
Rusiya vətəndaşlarının 70%-i bu ilin yazında Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində 1994-cü ildən bəri baş vermiş ən irimiqyaslı hərbi toqquşmalar barədə xa0məlumatlıdır.
xa0
APA-nın “kommersant.ru”x9dya istinadən verdiyi xəbərə görə, bu barədə "Levada" sorğu mərkəzinin məlumatında deyilir.
xa0
Mərkəzin keçirdiyi sosioloji sorğuya əsasən rəyi soruşulanların 59%-i baş verən son hərbi toqquşmalar barədə eşitdiyini, lakin detallı bilgiyə sahib olmadığını, 11%-i hadisələri izlədiyini, 30%-i isə ümumiyyətlə, hərbi toqquşmalar barədə məlumatlı olmadığını deyib. Respondentlərin 67%-i bu münaqişədə hər hansı tərəfi dəstəkləmədiyini söyləsə də, 15%-i Ermənistan tərəfinə, cəmi 4%-i Azərbaycana simpatiya duyduğunu bildirib.
xa0
Rusiyanın hansı tərəfi dəstəkləməli olduğu sualına cavab olaraq respondentlərin 11%-i erməniləri müdafiə etməyin düzgün olduğunu, cəmi 3%-i isə Azərbaycana dəstək verilməli olduğunu vurğulayıb. 66% əhali ümumiyyətlə, bu münaqişədə Rusiyanın bitərəf qalmalı olduğunu düşünür.
xa0
Rəyi soruşulanların 23%-i hərbi toqquşmaların başlamasının təşəbbüskarının ABŞ və NATO ölkələri, 19%-i Azərbaycan, 15%-i Türkiyə, 4%-i Ermənistan olduğunu bəyan edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin