Azərbaycan İrana açılan qapılarını genişləndirəcək...

Hazırda oxunan: Azərbaycan İrana açılan qapılarını genişləndirəcək...

135475
Azərbaycan İranla sərhəddə fəaliyyətsiz olan bir sıra gömrük-keçid məntəqələrinin işini bərpa etmək istəyir.

Bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədr müavini Şahin Bağırov bildirib.

“Hazırda İranla bir sıra keçid məntəqələrinin bəziləri işləmir. Çalışırıq ki, mövcud olan keçid məntəqələrinin fəaliyyətini bərpa edək. İran və Azərbaycan arasında ümumiyyətlə insanların rahat hərəkəti üçün münbit şərait yaradılıb. 

Hazırda bəzi keçid məntəqələrinin bərpa üçün müzakirələr aparırıq. Hökumətlərarası Komissiya səviyyəsində Azərbaycanla İran arasında mövcud olan keçid məntəqələrinin 24 saatlıq iş rejiminə keçməsi ilə bağlı konkret addımlar atılır.

Aparılan bu işlərin nəticəsi ictimaiyyətə məlum olacaq. Gömrük orqanları bu məsələyə tam hazırdır”x9d, - deyə sədr müavini qeyd edib.
 
Yeni gömrük-keçid məntəqələrinin açılması ilə bağlı planlara toxunan Ş. Bağırov qeyd edib ki, bu məsələ birtərəfli deyil, qarşılıqlı istəklə həyata keçirilməlidir:

“Başqa sözlə, keçid məntəqəsinin yaradılması digər qonşu ölkənin marağında olmalıdır və buna ehtiyac olmalıdır. Məhz bu ehtiyacları dəyərləndirdikdən sonra, biz bu məsələni müzakirə edirik”x9d.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin