Millət vəkili kikboksçu Ramal Aslanovdan yazdı

Hazırda oxunan: Millət vəkili kikboksçu Ramal Aslanovdan yazdı

128795
Xəbər verildiyi kimi dünən Almaniyanın Koblens şəhərində Dünən Almaniyanın Koblenz şəhərində peşəkarlar arasında keçirilən WMAO versiyasi üzrə (K-1) yarışda Azərbaycan Kikboksinq Federasiyasının yığma komandasının üzvü, peşəkar kikboksçu Ramal Aslanov Hollandiyalı idmançı Mervin Rozendtruik üzərində qələbə qazanaraq Dünya Çempionu olub.

Yarışı canlı izləyən Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyev öz təəssüratlarını bölüşüb.

“Dostlar, Almaniyanın Koblens şəhərində təşkil olunmuş bəzi qüsurlarına baxmayaraq, möhtəşəm Kikboksinq gecəsində kikboksinqin K-1 versiyası üzrə WMAO dünya kəməri uğrunda surinam əsilli Hollandiyalı idmançı ilə 5 raundluq görüşdə idmançımız Ramal Lord Aslanov qələbə qazanaraq dünya kəmərinin sahibi oldu. Tədbirin təşkilatçısı Ali Pahlivan, İsmayıl Yılmaza, Ramalın şəxsi məşqçisi Hakim Hacıyevə və bütün zəhməti keçən dostlarıma təşəkkür edirəm.”x9d
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin