Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılması son dövrlərdə artan oğurluq və digər cinayətkarlıq hadisələrinin azalmasına səbəb olacaq.
Moderator.az-ın xəbərinə görə, bunu millət vəkili Siyavuş Novruzov parlamentdə çıxışı zamanı qeyd edib.
Onun sözlərinə görə, məhz ölkədə maliyyə bazaralrına nəzarətin olmaması nəticəsində bir sıra kommersiya banklarında xoşagəlməz hadisələr baş verdi: “Nəticədə insanların banklara olan inamı və etimadı azaldı. Məhz bu inamı bərpa etmək üçün maliyyə bazarlarına nəzarət edəcək qurumun yaradılmasına ciddi ehtiyac var və ümid edirəm ki, yeni yaranacaq qurum bu vəzifəinin öhdəsindən uğurla gələcək”x9d.
Millət vəkili onu da əlavə etdi ki, yeni qurumun yaradılması ölkədə iqtisadi blokun və bank sektorunun inkişaf edib sabitləşməsinə xidmət etməklə yanaşı ölkədə cinayətkarlığın azalmasına gətirib çıxaracaq: “Qeyd etməliyik ki, son dövrlərdə evlərdə oğurluq hadisələri artıb. Hər gün bununla bağlı müxtəlif cinayət hadisələri baş verir və evlərdən pullar oğurlanır. Vətəndaş bankdan pul çıxaran kimi onun pulu oğurlanır. Düzdür hüquq-mühafizə orqanları bu istiqamətdə səy göstərir. Ancaq bunun kökünü kəsmək çətindir. Cinayət hadisələrin kökünün kəsilməsi üçün bu qurumun yaradılmasına ehtiyac var”x9d,-deyə o bildirdi.







































































































