Şəmkirli Yervand Zaxaryan Ermənistanda nazir postunu itirdi...

Hazırda oxunan: Şəmkirli Yervand Zaxaryan Ermənistanda nazir postunu itirdi...

124274
Azərbaycanda anadan olmuş Yervand Zaxaryan Ermənistanın energetika və təbii sərvətlər naziri postundan çıxarılıb.  Prezident Serj Sərkisyanın fərmanı ilə energetika və təbii sərvətlər naziri postuna Levon Yolyan gətirilib. Levon Yolyan fevralın 29-dək Yoxlama Palatasının sədr müavini idi.

Yervand Zaxaryan 1946-cı ildə Azərbaycanın Şəmkir rayonunda anadan olub. O, Yerevan Politexnik İnstitutunu bitirib. 2003-2009-cu illərdə paytaxt Yerevanın meri olmuş Yervand Zaxaryan 2009-cu ildən Daşınmaz Əmlak Kadastrı Dövlət Komitəsinin sədri vəzifəsini tutub. Energetika və təbii sərvətlər naziri postuna 2014-cü il aprelin 30-da təyin edilmişdi.(Transparency.az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin