Pyotr Poroşenko prezident İlham Əliyevə məktub göndərdi

Hazırda oxunan: Pyotr Poroşenko prezident İlham Əliyevə məktub göndərdi

109406
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev dekabrın 2-də Ukrayna Prezidenti Administrasiyasının rəhbəri Boris Lojkinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Ölkəmizə ilk dəfə səfər etdiyini vurğulayan Ukrayna Prezidenti Administrasiyasının rəhbəri Boris Lojkin paytaxtımızda gedən inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını deyib. Ukrayna prezidenti Pyotr Poroşenkonun məktubunu dövlətimizin başçısına çatdıran Boris Lojkin ölkələrimiz arasında əlaqələrin fəal şəkildə inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb.

Prezident İlham Əliyev Ukrayna prezidenti ilə ikitərəfli münasibətlərin inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi apardığını, ölkələrimiz arasında müzakirə ediləcək çoxlu birgə layihələrin mövcud olduğunu vurğulayıb. 

Dövlətimizin başçısı Ukrayna Prezidenti Administrasiyasının rəhbəri Boris Lojkinin başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin əməkdaşlığımızın perspektivlərinin müəyyənləşdirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirib.

Görüşdə Azərbaycan-Ukrayna ikitərəfli əlaqələrinin müxtəlif sahələrdə inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin