“Niva”x9ddan düşüb “Prado”x9dya minən rəis oğlu - Gəncədə

Hazırda oxunan: “Niva”x9ddan düşüb “Prado”x9dya minən rəis oğlu - Gəncədə

98250
Gəncədən Moderator.az - a daxil olun məlumata görə, bu günlərdə idarə etdiyi "Niva" markalı, 20 DL 220 dövlət nömrə nişanlı avtomobillə "avtoş"luq edən Gəncə Şəhər Baş Polis İdarəsi DYP - nin rəisi Rəhim Zalovun oğlu Ramin Zalov haqqında heç bir cəza tədbiri görülməyib. 

Xatırladaq ki, sentyabrın 12 - də Moderator.az - da gedən "Gəncənin baş “QAİ”x9dsinin başı dərddə..." başlıqlı yazıda rəisin avtoş oğlu haqqında məlumat getmişdi və onunla bağlı tədbir görülməyəcəyi halda mövzuya yenidən qayıdacağımızı bildirmişdik.

Gəncədəki mənbələrimizdən əldə etdiyimiz son informasiyalara görə isə Rəhim Zalovun ərköyün oğlu tay - tuşlarının və şəhərdə onu tanıyanların qarşısında "odda yanmaz, suda batmaz" obrazda görsənmək üçün atasına məxsus "Toyota Land Cruiser Prado" markalı 20 CV 220 dövlət nömrə nişanlı avtomaşınla şəhər küçələrində poz verir. 

Maraqlıdır ki, Rəhim Zalova məxsus həmin "Prado"nun özünün də 3 radarı olduğu, amma rəisə məxsus olduğundan kimsənin hər 3 radara görə müvafiq cərimənin tələb etməyə cəsarəti çatmadığı da bizə çatan bilgilər arasındadır. Hətta radarların 22 dekabr 2014, 27 iyul 2015 və 29 avqust 2015 tarixlərinə aid olduğu da əldə etdiyimiz informasiyalardandır.

Gəncə şəhərində də əhali arasında söz - söhbət yayılıb ki, DYP rəisi Rəhim Zalov oğlunun 20 DL 220 dövlət nömrə nişanlı "Niva" markalı maşınını əlindən alaraq öz "Prado"sunu ona verməklə əslində camaatın gözünə kül üfürür, bununla da ölkənin ikinci paytaxtında qanunun şah deyil, şahın qanun olduğu, "balaca padşahlar"ın da at oynatdığı görüntüsü yaradır.

Maraqlıdır ki, bu günədək adı heç bir qalmaqalda hallanmayan Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi Faiq Şabanov da DYP rəisinin oğlunun şəhərdəki davranışları barədə məlumatlı olsa da onunla bağlı sərt cəza tədbiri görməyib. Bu azmış kimi Gəncənin icra başçısı Elmar Vəliyev də bu kimi hallara qarşı amansız davranışlarıyla ad çıxarmasına baxmayaraq o da bu məsələni sükutla qarşılayıb, ya da ola bilsin onun heç bu barədə məlumatı yoxdur, əks halda adekvat tədbirlər görməkdən çəkinməzdi. Görünür, ya bizim, ya da onun bilmədiyi mətləblər var...

Mövzunu diqqətdə saxlayacağıq... 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin