XIX əsrin II yarısında , 1854-cü ildə quberniya mərkəzinin Şamaxı- dan Bakıya köçürülməsi bu şəhərin siyası, iqtisadi və inzibati qüdrət və mövqeyinin artmasına təkan verdi. Bakı sosial həyatın bütün problemlə- rini tənzimləyən mərkəzə çevrildi. Burada kapitalizmin sürətli inkişafı məmləkətin əyalətlərinə sirayət etdi. Naxçıvanda duz,Daşkəsəndə dəmir, Gədəbəydə mis mədənləri fəaliyyət göstərməyə başladı. Kənd təsərrüfatı və iqtisadiyyat inkişaf etməyə başladı. Istehsal formaları zənginləşdi, sənaye ocaqları inşa edildi. Ucqar bölgələrlə mərkəz arasında əlaqələr genişlənməklə əhalinin hərəkətdə olması və tərkibinin dəyişməsi və s. Azərbaycanın orta yüzilliklərdən “yadigar”x9d həyat-tərzini dəyişdi.Feodal qapalılığından qurtarıb ümumrusiya bazarına qoşuldu.
Iqtisadi həyat birliyinin formalaşması soykök, dil, mədəniyyət və tarixi
ərazi birliyi olan Azərbaycan əhalisinin millət kimi yaxınlaşmasına səbəb oldu.Türk
millətinin- azəri türklərinin millət kimi formalaşmasının kuliminasiya
nöqtəsinə yetişməsi milli şüurun tərəqqisinə zəmin yaratdı.
Sosial arenaya din birliyi, “müsəlman”x9dadı altında yox, millət birli -yi, “türk”x9d məfhumu ilə
qəlbi döyünən , beyni düşünən, bu iki anlayışı bir-birindən ayıran və fərq
qoyan şəxslər gəldi. Nəhayət, milli şüurun oyanması ilə milli həyat və milli
hərəkatların oyanması dövrü başladı.
Azərbaycanda milli burjuaziya formalaşdı. Azərbaycan burjuaziyası
kapitalist dünyasında varlığını təsdiqləmək üçün, cəmiyyətdə inqilabi funksiya
yerinə yetirməklə orta əsrlərdın qalma zərərli üsullara, ənənələ-rə,
təsisatlara qarşı mübarizə aparmaqla ölkənin iqtisadi və inzibati işlə-rini
ələ keçirməyə başladılar. Az müddətdən sonra milli burjuaziya rus və Avropa
kapitalistlərindən zəifliklərini hiss etdilər. Çünki milli burjuaziya ictimai şüuru zəif olmaqla
məktəb,mətbuat, müasir mündəri-cəli ədəbiyyat,ixtisaslı kadrlar, pedaqoq,
mühəndis,hüquqşünas,idarəedi-ci məmurlardan məhrum idi. Buna görə də gənc
burjuaziyamız inqilabi bir funksiyanı yerinə yetirməyə başladı. Bütün
səylərini, fəaliyyətini milli mənlikdən təzahür edən və ictimai yüksəlişə,
dirçəlişə yardım edən mədəni vasitələrin formalaşıb hazırlanmasına və tətbiqinə
istiqamətlən ”“dirdi .
Çağdaş şəraitdə həyati əhəmiyyət qazanan xalq işinə M.Axundov və
H.B.Zərdabi başda olmaqla müəyyən mərhələlərdə A.Ə.Hüseynzadə, C.Ünsüzadə,
A.O.Çernyayevski, H.X.Qaradaği, S.Vəlibəyov, F.B.Kö -çərli, R.B.Əfəndiyev,
S.M.Qənizadə, N.Nərimanov, M.T.Sidqi və b. ibarət ayrı-ayrı zümrələrdən çıxmış
ziyalılar,H.Z.Tağıyev,M.Nağıyev və
Ş. Əsədullayev kimi milyonçular qoşuldular.
XIX əsrin 80-cı illərində Qafqaz türkləri mühitində ibtidai məktəb
yaratmaq uğrunda təşəbbüslər meydana gəldi. Azərbaycanın bir sıra kənd və
nahiyələrində ibtidai məktəblər açıldı.1887-ci ildə S.M.Qəniza -də və H.
Mahmudbəyov Bakıda “Rus-müsəlman”x9d,M.T.Sidqi1892-ci ildə Ordubadda “Əxtər”x9d və 1894-cü ildə Naxçıvanda
“Tərbiyə”x9d məktəblərini açdılar. Şəkidə və Şirvanda O.F.Nemanzadə və M.H.Şeyxzadə
məktəb- lər təşkil etdilər. Bununla da üsuli- cədid ideoloji tədris metodikası
bütün məktəbləri əhatə etdi.
XIX yüzilliyin sonunda ayrı-ayrı fənlər üzrə dərslik, dərs vəsaiti ya
-ratmaq ideyasına müvafiq olaraq təşəbbüslər başladı. 80-90-cı illərdə
A.O.Çernyayevski və S.Vəlibəyovun “Vətən dili”x9d(II h,1888),Ə.Rəsulza-dənin
“Ümmətül-ehkam”x9d(1889) ,”x9dQəvaidi-müxtəsər farsi”x9d(1891), C.Ün-sizadsənin və
H.K.Romartsevin “Müəllimi-islani-rusi”x9d(1890), “Lüğəti rusi və türki”x9d(1890), “Kilidi-ədəbiyyat”x9d,(1990),
R.Əfəndizadənin “Uşaq bağçası”x9d(1898),N.Nərimanovun “Türk Azərbaycan dilinin
müxtəsər sərf-nəhvi”x9d(1899) və s.dərsliklər yazılıb nəşr olundu.
O dövr üçün çox əhəmiyyətli və
bu gün də tarixi-ədəbi, pedaqoji dəyərini itirməyən bu dərsliklərin tərtibçiləri
ilə yanaşı oradakı material-ları hazırlayan, tərcümə, iqtibas, təbdil edən
orijinal əsərləri ilə və bu vəsaitləri bəzəyən müəlliflər olmuşdur. Belə ədəbi
simalardan biri ma- arifçi və şair Həsənəli ağa Xan Qaradağidır.(1850-1929)
H.X.Qaradaği (əslində
Qaradağski-V.Ə) 1850-ci il sentyabrın 21-də Şuşada anadan olmuşdur. Onun atası
Həsənəli ağa hərbi xidmətçi ailəsində doğulub, rus ordusunun zabiti
Məhəmmədqulu ağanın oğludur. Məhəmmədqulu ağa isə 1804-cü ildə Cənubi
Azərbaycanın Qarabağ mahalından köçərək Qarabağda, Şuşada məskunlaşmışdır.
Həsənəli ağa vaxtsız vəfat etdiyindən üzünü görmədiyi oğluna adını
qoymuşlar. Həsənəli ağa uşaqlığından əmisi Məhəmmədhüseyn Xan Qaradağskinin
himayəsi altında böyümüşdür.
Həsənəli ağa 8-9 yaşlarında Şuşadakı qəza məktəbində oxuyub. Dərslər
bu məktəbdə rus dilində olduğu üçün Həsənəli tez bir zamanda rus dili və
ədəbiyyatını mükəmməl öyrənir. Əmisinin Tiflisdə qulluğa girib ora köçməsi ,özünün
dayısının himayəsinə keçməsinə baxmayaraq Həsənəli təhsilini yarımçıq
qoymur.
1866-cı ildə qəza məktəbini bitirən Həsənəli ağa Şuşada “Təzə mə -
həllədə kirayə bir otaq tutub orada müstəqil yaşamağa başlayır. Bu za -man fars
,ərəb dillərini öyrənib bir müddət M.Ə.Yusifzadədən dərs alır. Quranı-Kərimi,dini
kitabları,Azərbaycan və Şərq klassiklərini (fars dilli) orijinalda oxuyub
öyrənir.
70-ci illərdə müstəqil müəllim
kimi qohum-qonşu uşaqlarına dərs deyən Həsənəli ağa bir pedaqoq kimi Şuşada
tanınmağa başlayıb. O, Şuşada ilk dəfə olaraq parta və yazı taxtasından
istifadə edib dərs keçən ilk Azərbaycan müəllimi olmuşdur.
H.X.Qaradaği Tiflisə gedir,1873-1878-ci illərdə əmisinin yanında
qalır. Tiflisdə Həsənəli ağa böyük ədib, mütəfəkkir, filosof M.F.Axund-zadə ilə tanış olur və əlaqələri o
qədər möhkəmlənir ki, sonradan M.F.Axundzadə Həsənəli ağaya yazdığı məktublarda
ona “qadraşoğlu”x9d- deyə müraciət edirdi. Oxucuların nəzərinə çatdıraq ki, hər
iki ədib əslən Güney Azərbaycandandır. Bəlkə də kökə etibarın təzahürü kimi bu
“qardaşoğlu”x9d müraciəti meydana gəlibmiş.
Məlum olduğu kimi Qafqaz təhsil dairəsi 1879-cu ildə
A.O.Çernya-yevskiyə azərbaycanlı-türk uşaqları üçün dərslik tərtib etməyi
tapşırır. Milli ziyalılarımızdan Çernyayevskiyə kömək etmiş pedaqoqlar S.V.Və-libəyov,F.B.Köçərli
və H.X.Qaradaği olmuşdur.
Ibtidai məktəblərdə Azərbaycan dilinin təlimində əsas vasitə olacaq
yeni dərsliyin bədii materiallarını hazırlamaq məhz H.Qaradağiyə tapşı- rılır.
Çox keçmədən o,Şuşaya yola düşür, özünə müvafiq şərait yaratmaq üçün iki otaqlı
bir ev satın alır.O burada dərs keçir,uşaqları Qori semina- riyasına
hazırlayır. Bu şagirdlər içərisində Zülfüqar Hacıbəyov ,Cəmil Bağdadbəyov və
b.görkəmli şəxsiyyətlər olmuşdur.
Çox keçmədən H.X.Qaradaği dərslik materialları üzərində işini
tamamlayır. Bu materiallar İ.A.Krılovdan tərcümə və iqtibas edilmiş mənzum və
nəsrlə altımışa qədər təmsildən,
K.D.Uşinskinin “Rodnoye slovo”x9dsından, “Priqlaşenie v şkolu”x9d(“Məktəbə təğrib”x9d)
şerinin tərcümə-sinən və özünün maarif və məktəbə dair əsərləri idi. H.X.Qaradaği Krılov təmsillərini tərcümə,
təbdil və adaptasiya edib, qeyd etdiyimiz kimi “Vətən dili “ dərsliyində dərc
etdirmişdir. Bunlardan bir neçəsini xatırladırıq: “Şir və tülkü”x9d, “Qoyunlar və
qurdlar”x9d, “Uşaq və ilan”x9d, “Qu-zu qurd cildində”x9d,”x9dSiçanlar”x9d, “İki kəsəyən”x9d,
“Tutulmuş quş”x9d, “Sığırçın və göyərçin”x9d, “İt və at”x9d, “At və eşşək”x9d, “Meymun və
güzgü”x9d, “Ahu və dərviş”x9d, “Xoruz və mirvarid”x9d, “Pişik və balıq”x9d, “Paris”x9d və s.
Qaradağinın Krılov təmsillərini tərcümə etməkdə məqsədi ilk növ- bədə
uşaq mütaliəsi üçün ədəbiyyat yaratmaq
işinə xidmət etməkdən ibarət idi. Bu onun tərcümələrinin xarakterini
müəyyənləşdirirdi. Ona görə də şair eyni ilə Krılov təmsillərini uşaqların mütaliəsinə
verməyi məsləhət görməmişdir. O, nəinki şairin şeirlərini rus dilinin zəngin
ifadə tərzini, şən , sadə, lakin dərin mənalı yumorunu,xalq ədəbiyyatından
gələn satiranı,hətta bir qism təmsilin bütün mətnini belə tərcümə etməyi
məqsədə müvafiq hesab etməmişdi. O bu təmsillər üzərində ciddi ədə -biyyat
apardıqdan sonra körpə həmvətənlərinə müraciətin məqsədi aydınlaşır.
H.X.Qaradağinın tərcüməsində azərbaycanlı uşaqlar Krılov
təmsil-lərinin heç birinin mətnini olduğu kimi oxuya bilməmişlər.Şair
təmsillə-rin məzmunundan,ideyasından asılı olmayaraq hamısının üzərində
“əməliyyat”x9d aparmış dəyişikliklər etmiş, uşaq idrakına uyğunlaşdırdıq -dan
sonra oxuculara vermişdir. Bu məqsədlə
o, Krılov təmsillərinin əsas hissəsi və didaktik sonluğu üzərində
dəyişikliklər edirdi. Qaradaği tər-cümələri haqqında təsəvvür yaratmaq üçün
bəzilıərini nəzərdən keçirək: Krılovun “Uşaq və ilan”x9d təmsilində balıq tutmaq
istərkən ilan tutan bir uşağın dəhşətli qorxusu təsvir olunur. Ilan uşağa
müraciət edərək bildirir ki, bu dəfə Allah səni saxladı.Əgər cürətin belə
artsa,çox zərər çəkəcək-sən.Təmsil nəsihət və hədə ilə dolu bir ahənglə qurtarırdı:”x9dİ
znay o kem tı şutiş!”x9d(İ.B.Burov.Raniy Tolstoy .Moskva -M,1972,səh124).
H.X.Qa-radaği tərcümədə xalq atalar sözünü tərcümə edib təmsilə əlavə etmişdi.
Beləliklə, Krılov təmsilindəki fikrin əxlaqi-didaktik məzmununu bir qə -dər də möhkəmləndirmişdi. Krılovun nəsihət, bir az da
qorxu ifadə edən nəticəsini saxlamaqla yanaşı onu “milliləşdirmək”x9d,daha doğrusu
ona milli ruh vermək, milli zəminə bağlamaq üçün tərcümədə xalq məsəlinin
əxlaqi nəticə kimi verilməsi, əsərə milli kolorit vermiş, rus təmsilini bir növ
azərbaycanlılaşdırmışdır.
Qaradağinin əlavə
etdiyi əxlaqi nəticə belədir:
Bir məsəldir deyirlər Qaradaği ,arığın
Nə işinə gərəkdir
basa xalqın qoruğun.
(“Vətən dili”x9d II hissə,Tiflis 1888)
S.S.Axundov RƏİ-da saxlanan əlyazmasına istinad edən tədqiqatçı H.X.Qaradağinin
nəticəsi V.Qaradaği qeyd edir ki, ulu babası Tiflisdə çıxan “Kəşkül”x9d qəzetində
də iştirak etmişdir.
XIX əsrin son illərində,yeni
yüzillik ərəfəsində H.X.Qaradaği Şuşa ədəbi-mədəni mühitinin aparıcı
simalarından biri olmuş, teatr dərnəyin- də aktyor və suflyor kimi
çalışmış,ədəbi söhbət və mühazirələri ilə din-ləyiciləri valeh etmişdir. “Xandəmirov
teatrı”x9dnda rollar oynayır, “Məcli-si-üns”x9ddə yaxından iştirak edir, lirik
qəzəllər,elmə və tərəqqiyə aid şeir- lər yazır ki, bu poetik nümunələrin bir
neçəsi Mirmöhsün Nəvvabın
“Təzkireyi- Nəvvab”x9dkitabında dərc olunur. H.X.Qaradaği “Məclisi
-fəramuşan”x9dədəbi məclisinin ən fəal üzvü kimi X.Natəvan,M.Nəvvab, C.C.Qarabaği
ilə qəzəl yarışmasında, sənət deyişməsində tərəf müqabili olmuşdur. Yenə şairin
varisi V.Qaradağinin RƏİ-da saxlanmış əlyazma-ya istinadən bildirdiyi ədəbi
yeniliyi biz də oxucuların nəzərinə çatdır -maq istəyirik: “O, Zəngəzur və
Qarabağ şairləri haqqında məlumat verən qiymətli mənbə sayılan
“Təzkireyi-Qaradaği”x9dnin müəllifidir”x9d(Az MEA Əlyazmaları İnstitutu, rəf â„–7602).Ilk
dəfə Sarı Aşıq haqqında məluma-
tı Xan Qaradağski vermişdir. (Ə.Axundov Sarı Aşıq “Şeirlər”x9d Bakı,1966
“Ön söz”x9d,səh3)
H.X.Qaradaği eyni zamanda
“Qarabağ vilayətinin qədim və cədid keyfiyyət və övzaları ,Pənah xan əyyami
hökumətlərinin əksər vəqaye və hekayələri”x9d,rus dilində bir romanın, “Körpə
uşağı saxlamaq”x9d, “Göz ağrısına müalicə”x9dadlı tərcümələrin müəllifidir. O,
həmçinin folklor top -lamaq sahəsində çalışmış, lüğət tərtib etməyi də
söylənilir.
Azərbaycanda 28 Aprel çevrilişindən sonra H.X.Qaradaği yaşlı olmasına baxmayaraq Şuşa
maarif idarəsində işləmişdir,Maarifçi peda- qoq, mütərcim,şair Həsənəli ağa Qaradaği 1929-cu il dekabrın 2-də iflic xəstəliyindən
vəfat etmişdir.
XIX əsrin 70-ci illərində ictimai həyata qədəm qoyan H.X.Qaradaği həm
tərcümələri,həm lirik qəzəlləri,uşaq əsərləri,aktyorluq fəaliyyəti,
ədəbiyyatşünaslığa dair araşdırmaları ilə Azərbaycana varlığı ilə xidmət etmiş
maarifşi ziyalılardan biridir. Çox yaxşı haldır ki, 2003-cü ildə “Azərbaycan
milli ensiklopediyası”x9d tərəfindən ədibin
şeirləri,təmsilləri, tarixi salnamə,həyat və yaradıcılığı ilə bağlı
araşdırmalardan ibarət “Fə-ləyin bir
belə dövrü olacaqmış...”x9d adlı kitab yüksək bədii tərtibatla nəşr olunmuşdur.
“Ön söz”x9d Vüqar Qaradağlı, tərtib Raqub Kərimova aiddir.
Milli maarifçiliyin ,pedaqogikamızın təşəkkülü və yüksəlişində
müstəsna xidmətləri olan H.X.Qaradağinin əsərlərinin latın qrafikası ilə
oxuculara çatdırılması çox dəyərli bir iş, unudulmaz xidmətdir. H.X.Qa- radağinin
pedaqoji və ədəbi irsi bu gün də tədqiqatçılar və eləcə də bü -tün oxucular
üçün qiymətli mənbə,yaş səviyəsindən asılı olmayaraq bədii mütaliə nümunəsidir.
Ə D Ə B İ Y Y A T
1.H.X.Qaradağski (Qaradaği). Fələyin bir belə dövrü olacaqmış. “Az.
Milli Ensiklopediyası”x9d Bakı 2003.
2.Vüqar Əhməd. Rus uşaq
ədəbiyyatı və Azərbaycan.”x9dBilik”x9d, Bakı 1992.
3.Xeyrulla Məmmədov.XIX əsr
Azərbaycan ədəbiyyatı.Bakı,2006.
4.Vətən dili. ( tərtib ,ön söz
V.Qaradağlı). “İSBN”x9d Bakı 2007.
Vüqar Əhməd.
Filologiya elmləri
doktoru,professor
15.02.2009







































































































