İlham Əliyev Kral III Çarlzı təbrik edib
Azərbaycan Prezidenti Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlzı təbrik edib.
Bizim.Media xəbər verir ki, təbrikdə deyilir:
"Əlahəzrət, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının milli bayramı – Təvəllüd Gününüz münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik etməkdən və ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.
Hazırda dostluğa, qarşılıqlı hörmət və etimada əsaslanan dövlətlərarası əlaqələrimiz, siyasi, iqtisadi-ticari, investisiya, enerji, o cümlədən bərpaolunan enerji və digər sahələrdə səmərəli əməkdaşlığımız dinamik və davamlı şəkildə inkişaf etməkdədir. Qarşılıql...