Tramp Əraqçinin postunu paylaşdı - FOTO

Hazırda oxunan: Tramp Əraqçinin postunu paylaşdı - FOTO

619031

ABŞ Prezidenti Donald Tramp sosial media hesabında İranın xarici işlər naziri Abbas Əraqçi tərəfindən ABŞ-İran sazişi ilə bağlı edilən paylaşımı yenidən yayımlayıb.

Bizim.Media Qafqazinfo-ya istinadən xəbər verir ki, Trampın paylaşdığı mesajda Əraqçi ABŞ və İran arasında müzakirə olunan razılaşmanın yekunlaşmağa çox yaxın olduğunu vurğulayıb.

"İslamabad Anlaşma Memorandumu heç vaxt bu qədər tamamlanmağa yaxın olmayıb", - o bildirib.
 

İranlı nazir açıqlamasında media nümayəndələrini sazişin məzmunu ilə bağlı fərziyyələrdən çəkinməyə çağırıb və sənədin detalları barədə məlumatların yaxın vaxtlarda açıqlanacağını qeyd edib.


ABŞ Prezidenti daha əvvəl verdiyi açıqlamada İranın sazişlə bağlı bəzi detalları mediaya vaxtından əvvəl sızdırdığını iddia etmiş və "Onlar tez hərəkət etsələr, yaxşı olar" ifadəsini işlətmişdi.

Məqaləyə dair fotomateriallar:



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin