Bakıda 12-ci sinfi bitirənlərin sayı açıqlandı

Hazırda oxunan: Bakıda 12-ci sinfi bitirənlərin sayı açıqlandı

619032

2025-2026-cı tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin XII siniflərini (əyani-qiyabi tam orta məktəb və qiyabi siniflər) 78 nəfər bitirir.
 
Bizim.Media  AzEdu.az-a istinadən xəbər verir ki, BŞTİ-dən verilən məlumata görə, cari tədris ilində paytaxt məktəblərinin IX siniflərini 50 219, XI siniflərini isə 37 222 nəfər başa vurur.
 
Bununla yanaşı, Bakıdakı ümumi təhsil müəssisələri üzrə 41 941 şagird I sinfi tamamlayır.
 
Məlumatda qeyd olunub ki, hazırda BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərində 530 988 şagird təhsil alır. Həmin məktəblərdə ümumilikdə 32 052 müəllim fəaliyyət göstərir.
 
Qeyd edək ki, BŞTİ-nin tabeliyində 371 ümumi təhsil müəssisəsi fəaliyyət göstərir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin