Taksi xidməti növbəti dəfə BAHALAŞDI - VİDEO

Hazırda oxunan: Taksi xidməti növbəti dəfə BAHALAŞDI - VİDEO

619019

Bakıda fəaliyyət göstərən tanınmış taksi şirkətləri qiymətləri artırıb. İyunun əvvəlindən etibarən xidmət haqlarında 30-40% artım müşahidə edilir.

Bizim.Media xəbər verir ki, taksi parklarının sahibləri isə qiymət artımını inkar edirlər.

Sahibkar Əli Vəliyev deyir ki, taksi xidmətlərinin qiymətləri dövlət tərəfindən tənzimlənmir, bazar prinsipləri əsasında formalaşır. Vahid qiymət olmadığından qiyməti tətbiq müəyyən edir. Bunu da artım kimi qələmə vermək doğru deyil.

Sahibkar deyir ki, taksi biznesi əvvəlki kimi gəlirli sahə deyil. Artıq xərclər gəlirlərdən daha çoxdur.

Ekspertlər isə deyirlər ki, qiymət artımı ilə bağlı rəsmi açıqlama verilməlidir.

Məsələ ilə bağlı məlumat öyrənmək üçün ölkədə fəaliyyət göstərən taksi şirkətlərinə sorğu ünvanladıq, lakin cavab verilmədi.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin