Şuşada TDT Forumu keçirilir

Hazırda oxunan: Şuşada TDT Forumu keçirilir

619012

Şuşada Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin rəqabət qurumları rəhbərlərinin 3-cü iclası keçirilir.

Bizim.Media xəbər verir ki, Forumda rəqabət siyasətinin formalaşdırılması və bu sahədə regional əməkdaşlığın gücləndirilməsi müzakirə olunacaq.

Açılış mərasimində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov, iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli və TDT Baş katibinin müavini Merey Mukajan çıxış edəcəklər.

Panel müzakirəsində Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan və Qırğızıstanın rəqabət qurumlarının nümayəndələri iştirak edəcəklər.

Daha sonra rəqabət qurumları rəhbərlərinin 3-cü iclası keçiriləcək. Tədbirdə həmçinin Macarıstan və Şimali Kipr Türk Respublikasının rəqabət qurumlarının rəhbərlərinin çıxışı nəzərdə tutulub. İclasın sonunda Birgə Kommünikenin imzalanma mərasimi keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin