5 ayda 50 minə yaxın qan donoru – Tələb ehtiyacları ÖDƏYİR?

Hazırda oxunan: 5 ayda 50 minə yaxın qan donoru – Tələb ehtiyacları ÖDƏYİR?

619022

Bu ilin ilk 5 ayı ərzində 50 minə yaxın qan donoru qeydiyyata alınıb.

Bizim.Media xəbər verir ki, bunu Respublika Qan Bankının icraçı direktoru Elxan Nağıyev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Azərbaycanda donorların sayı ildən-ilə artır:

"Statistik göstəricilərə əsasən, 2023-cü ildən etibarən donor sayında ciddi artım müşahidə olunur. Belə ki, 2023-cü ildə ümumi donor sayımız 93 min nəfər olduğu halda, 2024-cü ildə bu rəqəm 124 minə, 2025-ci ildə isə 138 minə yüksəlib. Hazırda 2026-cı ilin ilk 5 ayı ərzində isə artıq 50 minə yaxın donor qeydiyyata alınıb. Bu da tələb olunan ehtiyacları ödəyir".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin